Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2024 00:42
Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, "Fənərbağça" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cəngiz Ündər vurub.
Milli komandamızın üzvü Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, matçın 79-cu dəqiqəsində meydana daxil olub.
Günün digər oyunlarında "Rizəspor" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. "Ankaragücü"- "İstanbulspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.
Qeyd edək ki, "Fənərbağça" 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 72 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" isə 3-cü pillədə qərarlaşıb.