Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Silahlı Qüvvələrinin yeni gücü – "Çakır" hədəfi tam dəqiqliklə vurub - FOTOlar

Türkiyə Silahlı Qüvvələrinin yeni gücü –

Tarix: 3 Mart 2024 19:42

Türkiyədə Bayraktar Akıncı Hücum Pilotsuz Uçuş Aparatı milli istehsalı olan "Çakır" naviqasiya pilotsuz uçan raketi ilə həyata keçirdiyi sınaq atəşində dənizdəki hədəfi 100 kilometr uzaqdan dəqiqliklə vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, quru, dəniz və hava platformalarından buraxıla bilən "Çakır" ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə Türkiyə Silahlı Qüvvələri üçün yeni güc mövqeyidir.

"Çakır" stasionar və fırlanan qanadlı təyyarələrdən, hücum pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz dəniz nəqliyyat vasitələrindən, taktiki təkərli quru maşınlarından və yerüstü platformalardan buraxıla bilər.

150 kilometrdən çox diapazona malik "Çakır"ın hədəfləri arasında; Sahilə yaxın yerüstü hədəflər, quru və yerüstü hədəflər, strateji quru hədəfləri, ərazi hədəfləri və mağaralar var. Yerli və milli KTJ-1750 turbo-reaktiv mühərrikə sahib olan "Çakır" dizaynının gətirdiyi çeviklik sayəsində missiyanın planlaşdırılması zamanı müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilər.

Qeyd edək ki, "Çakır" hava hücumundan müdafiə sistemləri ilə çətin aşkarlanmaq qabiliyyəti ilə də diqqət çəkir.

Milli.Az


Etiketlər:  Türkiyə Silahlı Qüvvələrinin yeni gücü Çakır hədəfi tam dəqiqliklə vurub FOTOlar


RƏYLƏR