Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigarın adından DƏLƏDUZLUQ: DİN hərəkətə keçdi - YENİLƏNİB - FOTO

Nigarın adından DƏLƏDUZLUQ: DİN hərəkətə keçdi - YENİLƏNİB - FOTO

Tarix: 4 Mart 2024 10:50

10:46

Daxili İşlər Nazirliyi (DİN) Müğənni Nigar Camala qarşı dələduzluq edilməsi barədə açıqlama verib.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ barədə araşdırma aparılır:

"Nəticəsi barədə məlumat veriləcək".

--------

09:09

Müğənni Nigar Camalın adından dələduzluq edilib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib. Sənətçi bildirib ki, onun adından istifadə edən biri fanatlarını şantaj edib və onlardan pul istəyib.

"Elşad Məmmədov Eldar oğlu adı biri TikTok-da adıma saxta səhifə açaraq, fanatlarıma yazıb və onları aldadıb. Sonra mənimlə görüşdürmək adı ilə pul istəyib. Onlardan şəkillərini istəyib, daha sonra isə şəkilləri yaymaqla şantaj edib. Xahiş edirəm, heç kim bu səhifəyə yazmasın və yazdıqlarına inanmasın", - deyə, Nigar bildirib.

O, bununla bağlı polisə müraciət edib.

Milli.Az


Etiketlər:  Nigarın adından DƏLƏDUZLUQ DİN hərəkətə keçdi YENİLƏNİB FOTO


RƏYLƏR