Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əməkdar artist" kimi təqdim etdilər, əsəbiləşib səhnəyə çıxmadı

Tarix: 4 Mart 2024 16:05

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan şəhid və qazi aulələrini bir araya yığıaraq tədbir edib. 

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, təqdimat maraqlı anlarla yadda qalsa da, qalmaqalsız ötüşməyib.

Mərasimə qonaq qismində qatılan Xalq artisti Samir Cəfərov tədbirdə əsəbiləşib. Belə ki, aparıcı onu səhnəyə dəvət edərkən Xalq artisti yox, Əməkdar artist kimi təqdim edib. Bu isə ifaçının xoşuna gəlməyib. S.Cəfərov çıxıb mahnı oxumaqdan imtina edib. 

Bir müddət sonra isə E.Seyidcahanın dəvəti ilə o, səhnəyə çıxıb və mahnısını səsləndirib.  

Milli.Az


Etiketlər:  Əməkdar artist kimi təqdim etdilər əsəbiləşib səhnəyə çıxmadı


RƏYLƏR