Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Banqladeş enerji sektoruna Çin sərmayəsinin cəlb olunacağına ümid edir

Banqladeş enerji sektoruna Çin sərmayəsinin cəlb olunacağına ümid edir

Tarix: 4 Mart 2024 23:16

Banqladeş Xalq Respublikası energetika sektorunun inkişafı üçün növbəti beş il ərzində 30 milyard dollar cəlb etmək məqsədilə bu sahədə Çinin iştirakını artırmaqda maraqlıdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin energetika və mineral ehtiyatlar üzrə dövlət naziri Nəsrul Həmid Çinin adıçəkilən ölkədəki səfiri ilə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Biz Çinin daha böyük rol oynamasını səbirsizliklə gözləyirik. Banqladeşin elektrik enerjisi sektorunun növbəti beş il ərzində 30 milyard dollar investisiyaya ehtiyacı var", - "Daily Star" nəşri nazirin sözlərindən sitat gətirib.

Qəzetin yazdığına görə, görüş zamanı potensial investisiya sahələri, o cümlədən litium akkumulyator, yarımkeçirici və elektromobil istehsalı müəssisələrinin yaradılması, həmçinin günəş və külək enerjisi layihələri, tullantıdan enerjiyə çevrilən həllər və qaz hasilatı müzakirə edilib.

Milli.Az


Etiketlər:  Banqladeş enerji sektoruna Çin sərmayəsinin cəlb olunacağına ümid edir


RƏYLƏR