Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” – “Bayer” matçına görə metronun iş rejimi dəyişdirildi

“Qarabağ” – “Bayer” matçına görə metronun iş rejimi dəyişdirildi

Tarix: 5 Mart 2024 14:30

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın "Bayer" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Bayer matçına görə metronun rejimi dəyişdirildi


RƏYLƏR