Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tahir Süleymanovdan təyinatına münasibət: “Çox böyük işlər görülməlidir”

Tahir Süleymanovdan təyinatına münasibət: “Çox böyük işlər görülməlidir”

Tarix: 5 Mart 2024 15:02

"Namizədliyimi irəli sürən, səs verən, prosesdə dəstək verən, əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Bakı Futbol Federasiyasının yeni prezidenti Tahir Süleymanov deyib.

O bildirib ki, səmərəli fəaliyyət üçün ilk növbədə qurumun maddi-texniki bazası təmin edilməlidir: "Sadə məsələ deyil, bu yolda çox böyük işlər görülməlidir. İdeyalar kifayət qədərdir. Bunların həyata keçirilməsi üçün şərait olmalı, yaradılmalıdır. Azərbaycan futbolunun ən problemli sahələrindən biri uşaq futbolunun vəziyyətidir. Digər məqamlarla birgə, prioritet məsələ təməldən işlərin düzgün qurulmasıdır. "Sabahın ulduzları" layihəsini yenidən dirçəltməyə çalışacağıq".


Etiketlər:  Tahir Süleymanovdan təyinatına münasibət Çox böyük işlər görülməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ