Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2024 17:06
Türkiyəli aktrisa Gülçin Santırcıoğlu son açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa ana olmaq istəmədiyini deyib:
"Uşağa ehtiyac duymadıq, duymuruq, duymayacağıq da. Bu həyata uşaq gətirilməz. Uşaq dünyaya gətirmək yerinə o pulla səyahət edərəm. Yəni, sevgili olaraq qalmaq istəyirəm, adımın yanına "ana" sözünün əlavə edilməsini istəmirəm.
Olana da halal olsun, gülə-gülə böyütsün. Lakin uşaq dünyaya gətirmək istəməyən qadınların üzərində basqı var. Heç kişilərdən "peşiman olarsan?" deyə soruşmurlar. Amma qadınlardan soruşurlar. Zaman yalnız qadınlar üçün gedirmiş kimi edilməsi məni çox əsəbiləşdirir".
Qeyd edək ki, Gülçin hazırda "Yalı çapkını" serialında "İfakat" obrazını canlandırır.