Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni "iPhone" modelinin görüntüləri yayıldı - FOTOlar

Yeni

Tarix: 5 Mart 2024 21:52

İnternetdə "iPhone SE 4" smartfonunun CAD çertyojları peyda olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu da yeni məhsulun dizaynının "iPhone 14"ə bənzəyəcəyi ilə bağlı çoxsaylı şayiələri təsdiqləyib. 

"iPhone SE 4" hələ də "Dynamic Island" deyil, "bangs" ekrana malik olacaq. Ancaq ekran hazırkı versiyaya nisbətən 6,1 düymədək artacaq və o, OLED panel ilə təchiz olunacaq. Çox güman ki, "iPhone 14" ilə eyni görünəcək.

Yeni kameranın tək olacağı gözlənilir və bu, ən sərfəli "iPhone" və daha bahalı modellər arasındakı əsas fərqlərdən biri olacaq. Məhsulun ölçüləri 147,7 x 71,5 x 7,7 mm şəklində olacağı ehtimal olunur. Bu da təxminən "iPhone 13" və "14"ün ölçülərinə uyğundur.

Yeni "iPhone SE"nin 2025-ci ildə təqdim olunacağı gözlənilir. Onun "iPhone 14"ün əsaslandığı "Apple A15 Bionic"dən daha müasir platformadan istifadə etməsi mümkündür.

Milli.Az


Etiketlər:  Yeni iPhone modelinin görüntüləri yayıldı FOTOlar


RƏYLƏR