Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya - NATO toqquşması gözlənilir - Səfir

Rusiya - NATO toqquşması gözlənilir - Səfir

Tarix: 5 Mart 2024 21:56

Rusiya və NATO birbaşa silahlı münaqişə təhlükəsi ilə üz-üzədir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərlə söhbətində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Diplomat qeyd edib ki, artıq NATO hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında iştirakından söhbət gedir.

Səfirin sözlərinə görə, belə bir ssenari Vaşinqtonun razılığı olmadan həyata keçirilə bilməz:

"Əslində biz Şərqi Avropada Rusiya silahlı qüvvələri ilə Şimali Atlantika Alyansı arasında birbaşa toqquşma təhlükəsi ilə üz-üzəyik".

Qeyd edək ki, bundan öncə Qərb rəsmiləri də birbaşa toqquşmanın olacağı barədə fikirlər səsləndirmişdi.


Etiketlər:  Rusiya NATO toqquşması gözlənilir Səfir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ