Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Misirə qaçan tanınmış yazar və oğlu barəsində həbs qərarı

Misirə qaçan tanınmış yazar və oğlu barəsində həbs qərarı

Tarix: 6 Mart 2024 19:50

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində idarə etdikləri lüks avtomobillə yol kənarında maşına çırpılaraq bir nəfərin ölümünə səbəb olan Timur C. və anası yazıçı Eylem Tok haqqında həbs qərarı çıxıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, qəzadan sonra oğlunu qaçaq yolla xaricə aparan Tok hadisədən sonra tənqidlərə reaksiya verib.

O, baş verən qəzaya görə üzr istəyib: 

"Mən anayam, məni anlamağa çalışın. Təslim olacağıq. İlk növbədə, bütün bu hadisələrə görə nə qədər təəssüfləndiyimi, nə qədər qorxduğumu və panikaya düşdüyümü bildirmək istəyirəm. 

Oğlumun həmin gün bizim xəbərimiz olmadan avtomobilimlə yola çıxmasına görə məsuliyyət daşıdığımı qəbul edirəm. Mən bir ana olaraq bu vəziyyətin baş verməməsi üçün bütün lazımi tədbirləri görməli idim. Amma təəssüf ki, yazılanların hamısı doğru deyil, oğlum hadisədən sonra qaçmayıb, əksinə, kömək üçün hadisə yerinə gələn insanlarla bərabər köməklik etdiyi üçün təcili yardım və qruplar da çağırıb.

Xaricə gedəndə kiminsə ölməsindən xəbərimiz olmayıb. Timur hadisə baş verən andan hər gün Türkiyəyə qayıtmaq istəyir. Onun heç vaxt burada qalmaq və ya bu ittihamlardan yayınmaq fikri olmayıb".

Qeyd edək ki, qəzadan sonra Timur C.-nin anasına zəng edərək kömək istədiyi, hadisə yerinə gələn yazıçı Eylem Tokun isə oğlunu şəxsi maşınına mindirərək qaçdığı müəyyən edilib.

Polisin işi nəticəsində ana Eylem Tokun gecə saat 02:00-da yetkinlik yaşına çatmadığı üçün sürücülük vəsiqəsi olmayan oğlu Timur C.-ni götürərək hava limanına getdiyi və oradan qaçdıqları müəyyən olunub. 

Milli.Az


Etiketlər:  Misirə qaçan tanınmış yazar oğlu barəsində həbs qərarı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ