Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzaya görə oğlunu Misirə qaçıran yazar üzr istədi

Qəzaya görə oğlunu Misirə qaçıran yazar üzr istədi

Tarix: 6 Mart 2024 23:20

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində məşhur türk yazıçı Eylem Tok və 16 yaşlı oğlu T. C. lüks avtomobillə yol kənarındakı maşına çırpılıb.

"Qafqazinfo" xəbər verir ki, qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.

Yazar qəzadan sonra bir nəfərin ölümünə səbəb olan yeniyetmə oğlunu qaçaq yolla Misirə aparıb.

O, bu hərəkətinə görə ciddi tənqidlərlə üzləşib.

Bu səbəbdən açıqlama verərək qəzaya görə üzr istəyib: 

"Mən anayam, məni anlamağa çalışın. Təslim olacağıq. İlk növbədə, bütün bu hadisələrə görə nə qədər təəssüfləndiyimi, nə qədər qorxduğumu və panikaya düşdüyümü bildirmək istəyirəm. 

Oğlumun həmin gün bizim xəbərimiz olmadan avtomobilimlə yola çıxmasına görə məsuliyyət daşıdığımı qəbul edirəm. Mən bir ana olaraq bu vəziyyətin baş verməməsi üçün bütün lazımi tədbirləri görməli idim. Təəssüf ki, yazılanların hamısı doğru deyil. Oğlum hadisədən sonra qaçmayıb. Əksinə, hadisə yerinə gələn insanlarla bərabər kömək edib, təcili yardım çağırıb.

Xaricə gedəndə kiminsə ölməsindən xəbərimiz olmayıb. T.C. hadisə baş verən andan hər gün Türkiyəyə qayıtmaq istəyir. Onun heç vaxt burada qalmaq və ya bu ittihamlardan yayınmaq fikri olmayıb".

Araşdırma nəticəsində ana Eylem Tokun gecə saat 02:00-da yetkinlik yaşına çatmadığı üçün sürücülük vəsiqəsi olmayan oğlu T. C.-ni götürərək hava limanına getdiyi və oradan qaçdıqları müəyyən olunub. 

Qeyd edək ki, bir nəfərin ölümünə səbəb olan T. C. və anası yazıçı Eylem Tok haqqında həbs qərarı çıxarılıb.

Milli.Az


Etiketlər:  Qəzaya görə oğlunu Misirə qaçıran yazar üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ