Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bayer” Bakıda qol vursa...

“Bayer” Bakıda qol vursa...

Tarix: 7 Mart 2024 18:12

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer" cari mövsümdə 100-cü qolunu vura bilər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, leverkuzenlilər 2023/24 mövsümündə bütün turnirlərdə 99 qola imza atıblar.

"Bayer"in növbəti qolu 100-cü olacaq. "Qarabağ" bunun gerçəkləşəsini Bundesliqa matçına qədər təxirə salmaq üçün qapısını toxunulmaz saxlamalıdır.

Xabi Alonsonun yetirmələri məğlubiyyət almadığı 34 matçda 30 qələbə və 4 heç-heçə ilə yadda qalıblar. Rəqib qapılarına vurulan 99 qoldan 61-i Bundesliqada, 19-u Almaniya kuboku, 19-u Avropa Liqasına təsadüf edib. Avrokubokdakı qollardan 6-sı "Qarabağ"la qrup mərhələsindəki matçlarda qeydə alınıb - 5:1, 1:0.

"Bayer" bu oyunlarda 24 qol buraxıb. Leverkuzen klubu çempionatda 16, kubokda 5, Avropada 3 dəfə topu qapısında görüb. Bu qollardan birinə "Qarabağ" imza atıb.

Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında bugünkü qarşılaşma saat 21:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Bayer Bakıda qol vursa


RƏYLƏR