Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaqif Sadıqov: “Qarabağ" böyüyür”

Vaqif Sadıqov: “Qarabağ

Tarix: 7 Mart 2024 19:08

"Hamımız "Qarabağ"ın yanında olub, inamlı və baxımlı oyun gözləyirik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer" matçı barədə öz fikirlərini açıqlayıb. Sadıqov bildirib ki, almanlarımız məğlubiyyətsiz oyunlar seriyasına son qoymağın vaxtıdır: "Niyə də, bu, Bakıda baş verməsin?! Püşkatmada yarışın favoritlərindən biri bizim bəxtimizə düşdü. Lakin buna baxmayaraq, "Qarabağ" hər bir oyunda çalışır ki, ən yaxşı oyununu göstərsin. Bu gün də bunun şahidi olacağıq. Belə qarşılaşmalarla "Qarabağ" böyüyür. İnanırıq ki, zamanla daha da böyük və güclü komandaya çevrilərək, gələcəkdə qarşısına qoyduğu məqsədə çatacaq. Necə deyərlər, əvvəlcə vacib olandan başla, daha sonra mümkün olanı et. "Qarabağ" Avropadakı hər oyununda bizi sevindirir. Bunun davamını bu gün də görəcəyik. Rəqib nə qədər güclü olsa da, Qurban Qurbanovun komandası sona kimi mübarizə aparacaq".

Qeyd edək ki, "Qarabağ" - "Bayer" qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.

Milli.Az


Etiketlər:  Vaqif Sadıqov Qarabağ böyüyür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ