Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə daha bir mafiya çökdürüldü - FOTO

Türkiyədə daha bir mafiya çökdürüldü - FOTO

Tarix: 9 Mart 2024 10:18

İstanbulda keçirilən "MAHZEN-7" əməliyyatlarında lideri "Memocan" ləqəbli Məhəmməd Urayın olduğu mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "X" hesabında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O qeyd edib ki, əməliyyat çərçivəsində cinayətkar təşkilatın lideri də daxil olmaqla dəstənin 27 üzvü şübhəli şəxs qismində saxlanılıb: "İstəyirəm ki, əziz millətimiz bunu bilsin. Biz ölkəmizi mütəşəkkil cinayətkar qruplardan və dəstələrdən təmizləməkdə qərarlıyıq. Hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları zərərsizləşdirərək onları məhkəmə qarşısına çıxaracağıq".


Etiketlər:  Türkiyədə daha mafiya çökdürüldü FOTO


RƏYLƏR