Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2024 10:42
Sonxeber.net Mirşahin Ağayevin yazısını təqdim edir
...Saxlanmalar, həbslər...
...bu tədbirlər barədə verilən müntəzəm, qısa, amma aydın rəsmi məlumatlar...
Əslində burda qeyri-adi nəsə baş vermir: müvafiq orqanlar hər gün gördüyü işlə məşğuldurlar. Fərq sadəcə bundadır ki, bu dəfə araşdırma predmeti-virtual məkana özünü yeritmiş, əsasən də xaricdən maliyyələşdirilən, elə bu səbəbdən də Azərbaycan əleyhinə verilən sifarişiləri daha ürəklə yerinə yetirərək pozucu fəaliyyət göstərən "media" tribunalarıdır. Azərbaycanı təhdid edən, cəzalarla, sanksiyalarla hədələyən yadellilər- qaragüruhun əlində olan bu "media" qurumlarının HAY-harayı ilə əlavə "sursatla" təmin edilirlər.
Ölkənin hüquq-mühafizə orqanları isə öz növbəsində-Qarabağ Qələbəsinin müəllifinə-Qalib Azərbaycana beynəlxalq virtual müharibə elan etmiş yadellilərin içimizdəki partizanlarını, casuslarını, xəfiyyələrini, çuğulçularını, qaçaqmalçılarını müəyyən edir: saxlanılanlar var, həbs edilənlər var, amma yoxlanılandan sonra sərbəst buraxılanlar da var. Azərbaycanın metrikalı, pasportlu, ciddi mediası şəxsiyyət vəsiqəsinə malik olmayan belə qeyri-ciddi platformalarla, zəhərləyici efir yağları ilə çoxdan mübarizə aparmaqdadır. Elə özünüz də bir monitorinq aparıb görə bilərsiniz: Azərbaycanın Ən Böyük Tarixi nailiyyətlərini təqdir və təbliğ etməyən, ya da inkar və ikrah edən, Qarabağa, Şuşaya, Xankəndiyə, Laçına...ümumiyyətlə Azadlığa, Suverenliyə, Milli Ləyaqətə, Ümumxalq Qüruruna, Məğrur Bayrağımıza sevinməyən, ideoloji rüşeymi qarışıqlar nədən bəhs edir!? Populist mövzular, sosial partlayışa hesablanmış çıxışlar, öz dövlətinə, öz zəfərinə nifrət aşılamalar... yoxlayın, yoxlayın... Baxın: Xocalı soyqırımını, Qaradağlı faciəsini, Birinci və İkinci Qarabağ müharibəsində həlak olanlarımızı, itkin düşənlərimizi, mina qurbanlarını, ermənilərin törətdiyi ekoloji terroru, yüzlərlə dinc insanlarımızın qətlə yetirilməsini, şikəst etməsini necə "işıqlandırıblar" və ya qaranlıqlandırıblar! ...və əvvəl-əvvəl gizli, sonradan isə çəkinmədən Paşinyanı təbliğ etməyə keçiblər. İlham Əliyev başda olmaqla Azərbaycanın Vətən müharibəsində qələbəsini yox, Paşinyan Ermənistanının seçkidə qələbəsini təbliğ etməyə girişiblər...
Azərbaycan öz tarixinin Ən Böyük Qələbəsini qazanıb. Təbii ki onu Qorumalıdır! Biz Qorumalıyıq. Biz bu il Fevralın Yeddisində təkcə Prezident seçmədik. Qələbələrdən sonra tam 100 faiz olmuş Dövlətimizi seçdik. Bu zəfərlə yenilənmiş Xalqımızı seçdik. O səsvermə BU XALQIN hazır-qayibi idi." Biz Ermənistandan, onyn Fransa kimi, ABŞ, Qərb, ATƏT, Aİ, AŞPA kimi qəyyumlarınln əlindən, ayağından qopararaq aldığımız halal! Ərazi Bütövlüyümüzü, Dövlət suverünliyimizi milyonlarla imza ilə möhürlədik. 14 Fevralda Biz Bir nəfər kimi-İlham Əliyev kimi and içdik. Bütün qondarma "azadlıqlar", LGBT və Feminizm, No Vor və bu kimi GEYdirmə fəlsəfələr bir şəhidin kəsinti dırnağına dəyməz. Böyük məsuliyyətimiz var: hər bir ailə balacalaşmış dövlətdir. Azərbaycan bu kiçik ailə-dövlətlərdən yaranıb. Məsum, şəhid yaşlı, qazi yaşlı balalarımızı xainə çevirməyək. Bu gqnlərdə həbs edilmiş şəxslərdən birinin yaxını ilə şəxsidə yazışdıq. Anladım ki, onu doğmasının hansı qəbahətə bulaşması, gecəni onun yanında yox, təcridxanada keçirməsi sanki maraqlandırmır, bəlkə də isti-isti olduğundan hələ anlamır! Ona (yəqin ki onun kimi düşünən başqa bir ovucların yaxınlarına da) elə gəlir ki günah şübhəli, təhlükəli maliyyə əməliyyatlarında iştirak ehtimalı ilə saxlanmış əzizlərində, övladlarında, xanımlarında deyil... Dövlət Qurumlarındadır.
Ən pisi də elə budur! Belə başa düşməkdir!
...Paskal Blezin "3 növ axsaq var" misalını xatırlayaq.
O yazırdı: "Axsaqlar üç növ olur:
1. Birinci növ axsaqlar doğrudan axsaqdırlar. Bilirlər ki, axsaqdırlar və onu da bilirlər ki, hamı bilir ki, axsaqdırlar. Bu axsaqlar təhlükəli deyil!
2. İkinci növ axsaqlar doğrudan axsaqdırlar. Bilirlər ki, axsaqdırlar, amma elə bilirlər ki, heç kim bilmir ki, onlar axsaqdırlar. Bu axsaqlar da təhlükəli deyil!
3. Təhlükəli və çooox təhlükəli olanı ÜÇÜNCÜ NÖV AXSAQLARDIR! Bu axsaqlar yaxşı bilirlər ki, axsaqdırlar. Bilirlər ki, hamı onların axsaq olduğunu bilir. Amma: o axsaqlar sənə sübut etməyə çalışırlar ki, axsaq onlar deyil! Sənsən!
Qaragüruh travması allmış bizim axsaqların təkcə travmatoloqa yox, həm də Milli Vicdana ehtiyacı var. Onlar öz əlləri ilə, öz övladlarını şikəst edirlər. Bu gün hüquq-mühafizə oraanlarının apardığı əməliyyatlar isə-özünü 20 faiz şikəstlikdən bir neçə əməliyyat vasitəsilə xilas etmiş Azərbaycanın mənəvi şikəstlərini bərpa etmək üçündür...