Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi rayonlarda açıq meşə sahələri icarəyə verilib - ETSN

Bəzi rayonlarda açıq meşə sahələri icarəyə verilib - ETSN

Tarix: 16 Noyabr 2019 20:09

Bakı. İlhamə İsabalayeva - Trend:

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

Departament direktoru bildirib ki, bu, meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır:

"Yeni salınacaq bağ sahələri müasir damcılı suvarma sistemləri ilə təmin olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bəzi rayonlarda açıq meşə sahələri icarəyə verilib ETSN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ