Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrəlilər özlərinə pensiya təyin etdilər - Hər il noyabr ayında...

İsveçrəlilər özlərinə pensiya təyin etdilər - Hər il noyabr ayında...

Tarix: 9 Mart 2024 13:58

İsveçrədə yaşlı insanların həyat səviyyəsi ilə bağlı keçirilən milli referendumda seçicilər özlərinə əlavə pensiya təyin ediblər. Onlar indi adi ödənişdən əlavə hər il noyabr ayında 13-cü ödənişi alacaqlar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, səsvermənin nəticələrinə görə, İsveçrə Həmkarlar İttifaqları Assosiasiyasının təşəbbüsünü vətəndaşların 58,2 faizi dəstəkləyib. Hökumət pensiya ödənişlərinin artırılmasının büdcə üçün çox baha başa gələcəyi barədə xəbərdarlıq etsə də, bu, seçiciləri dayandırmayıb.

İsveçrədə biraylıq pensiya 2 550 avrodur (təxminən 4,7 min manat), amma bu məbləğ ölkədə yaşamaq üçün kifayət etmir. İsveçrədə yaşayış minimumu dünyada ən yüksəklərdən biri olaraq qalır. İcbari tibbi sığorta haqları sürətlə artır və pensiyaçılar onları ödəməkdə çətinlik çəkirlər.

Yeni qərar dövlət pensiyasını İsveçrənin ildə 13 dəfə ödənilən əməkhaqqı sisteminə uyğunlaşdırır. İnsanlar Milad bayramı ərəfəsində maddi dəstək və illik vergi ödəmələrinə kömək məqsədilə noyabr ayında əlavə ödəniş alırlar.


Etiketlər:  İsveçrəlilər özlərinə pensiya təyin etdilər Hər noyabr ayında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ