Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniyanın tanınmış klubunu yoxsa “Qarabağ”ı seçəcək?

İspaniyanın tanınmış klubunu yoxsa “Qarabağ”ı seçəcək?

Tarix: 9 Mart 2024 14:24

Ukrayna mətbuatı "Sabah"ın sabiq legioneri Aleksey Kaşukla bağlı yeni iddia irəli sürüb.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, onların yazdığına görə, futbolçu İspaniya klubuna keçə bilər.

Məlumatda bildirilir ki, Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi La Liqanın bir neçə komandasının maraq dairəsinə düşüb.

23 yaşlı oyunçu uğrunda mübarizədə "Jirona" favorit göstərilir. Hazırda ölkə çempionatında "Real"dan sonra ikinci pillədə qərarlaşan "ağ-qırmızılar" 2024/2025 mövsümündə Çempionlar Liqasında çıxış etməyə yaxındır.

Qeyd olunur ki, ukraynalı futbolçulara simpatiyası ilə seçilən baş məşqçi Miçel vinger mövqeyini məhz Kaşukla gücləndirmək arzusundadır. Onun "Şaxtyor"la müqavilə müddətinin mövsümün sonuna qədər olması jironalıları daha da həvəsləndirir.

Əslində, bu, Kaşukun menecerinin "əli işi"dir. Məqsəd müştərisinin "vitrin"də saxlamaq, "Şaxtyor"dan getməsini təmin etməkdir.

Elə Donetsk klubu da yetirməsi ilə vidalaşmağa az həvəs göstərmir. "Şaxtaçılar" 2022/2023 mövsümündə icarə əsasında "Sabah"ın formasını geyinmiş Alekseyin xidmətini yenidən Azərbaycana dönüşünün yollarını axtarıb.

Onu "Qarabağ"a təklif ediblər. "Narıncı-qaralar" cinah oyunçusuna görə is tədikləri məbləği 5 milyon avrodan 3,5 milyon avroya endiriblər.

"Əl yeri" də qoyublar - əgər ağdamlılar Kaşukla uzunmüddətli müqavilə imzalayarsa, daha 500 min avro güzəştə getməyə razıdırlar.

O şərtlə ki, futbolçu sonradan üçüncü kluba satılarsa, sövdələşmədən əldə edilən məbləğin 20 faizi onlara ödənilsin.

Milli.Az


Etiketlər:  İspaniyanın tanınmış klubunu yoxsa Qarabağı seçəcək


RƏYLƏR