Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2024 20:48
Rusiya millisinin hücumçusu Fedor Smolov 2018-ci ildə dünya çempionatında uğursuzluqdan sonra içkiyə başladığını bildirib. Onun sözlərinə görə, penaltini buraxdığına görə özünü bağışlaya bilməyib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Smolov hesab edir ki, "alkoqolla doldurduğunuz bir növ depressiyadır".
Futbolçu matçdan sonra istirahətə yollanıb və 10 gün dostları ilə içki içib.
Xatırladaq ki, DÇ-2018-də Rusiya 1/4 finalda Xorvatiyaya penaltilər seriyasında uduzub. Smolov həlledici anda qol vura bilməyib. Daha sonra xorvatlar Fransaya uduzaraq ikinci yeri tutublar.