Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2024 12:42
Londonun tarixi kilsələrindən birində möhtəşəm dəfn mərasimi keçirməyə hazırlaşan keşiş Makhardi tabutun boş olduğunu və zalı dolduranların aktyor olduğunu anlayınca, mərasimi ləğv edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Londonun Cənubi Kensinqton rayonundakı London Oratory Roma Katolik kilsəsində saxta dəfn mərasimi təşkil olunub.
49 yaşlı Peder Rupert MakHardiyə cəsədin yeni il gecəsi itkin düşən və sonradan meyiti tapılan 23 yaşlı Lauris Zaubeyə aid olduğu bildirilib. Xütbəsini hazırlayıb xalatını geyinən keşiş ibadət üçün hazırlaşıb, lakin tabutun boş olduğunu görüb.
MakHardi dəfnin böyük bir uydurma olduğunu başa düşdükdə mərasimi ləğv edib.
O, dəfn mərasimini təşkil edən və gəncin qardaşı olduğunu iddia edən Klayd Zaubenin məhkum olunmuş cinayətkar olduğunu bildirib.