Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dietoloqdan Ramazanla bağlı XƏBƏRDARLIQ

Dietoloqdan Ramazanla bağlı XƏBƏRDARLIQ

Tarix: 10 Mart 2024 21:21

"Ramazan ayında oruc tutanların sahur və iftar vaxtı yediklərinə diqqət etmələri şərtdir. Bu iki yemək vaxtı arasında qalan müddətdə orqanizmin ehtiyac duyduğu enerjini təmin etmək üçün düzgün qidalanma vacibdir".

Milli.Az medicina.az-a istinadla xəbər verir ki, bunu dietoloq Rozelin Aslan deyib.

O bildirib ki, Ramazan ayında uzun oruc saatları səbəbiylə qan şəkərində əhəmiyyətli azalmalar olur. Odur ki, iftar vaxtı düzgün qidalanmayanlar kilo itkisi, yorğunluq və yuxululuq kimi hallarla qarşılaşırlar.
"Bu vəziyyətin baş verməməsi üçün sahurda mütləq oyanmalı və gündəlik qida ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılamalısınız. Yeməkdə çeşidlilik və tələsik yeməmək toxluq hissini artırır, həmçinin sağlamlıq problemlərinin qarşısını alır", - deyə dietoloq qeyd edib.

Onun sözlərinə görə, Ramazan ayında menyuya zəngin qidalar əlavə etməklə orqanizmin vərdiş etmədiyi rejimə asanlıqla uyğunlaşmasına kömək etmək olar:

"Uzun müddət ac qaldıqdan sonra iftar zamanı yeməklər yavaş-yavaş istehlak edilməlidir. Yeməyə şorba ilə başlamalı, sonra az yağlı yeməklərlə davam edilməlidir. Gün ərzində itirilən mayenin əvəz edilməsi çox vacibdir. Bu səbəbdən yeməkdən bir saat sonra çoxlu su içmək lazımdır".

Dietoloq Ramazan ayında istifadə edilən duz miqdarına diqqət çəkib:

"Qida ilə çox duz istehlak etmək daha çox susuzluq yaradır. Bu səbəbdən orucluqda, xüsusilə sahurda duzlu yeməklərdən uzaq duraraq duz istehlakına diqqət yetirməkdə fayda var. Bundan əlavə, sahurda verilən yemək iftara qədər bədəni enerji ilə təmin edir. Bu səbəbdən sahuru keçişdirmək olmaz".

Rozelin Aslan Ramazanda baş verə biləcək sağlamlıq problemlərindən də danışıb.

"Gün ərzində yemək üçün məhdud vaxt olduğundan, qidalanmanızda və buna görə də həzm sisteminizdə bəzi dəyişikliklər baş verə bilər. Orucluq dövründə müxtəlif həzm problemləri, adətən qəbizlik yaranır. Bunun qarşısını almaq üçün yüksək lifli taxıllar, tərəvəzlər, paxlalılar və bol maye qəbul etmək, həmçinin iftardan sonra yüngül gəzinti etmək faydalı olacaq.

Sahurda yüngül və uzun müddət tox saxlayan qidalara üstünlük verilməlidir. Zülal və liflə zəngin olan süd məhsulları, tərəvəz və meyvələr yeyə bilərsiniz. Sahur süfrəsində süd, qatıq, ayran, yumurta və pendir çeşidləri olmalı, yağlı və duzlu qidalardan, qızardılmış yeməklərdən uzaq durmaq lazımdır", - deyə dietoloq məsləhət görüb.

Milli.Az


Etiketlər:  Dietoloqdan Ramazanla bağlı XƏBƏRDARLIQ


RƏYLƏR