Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2024 11:10
"Mənə deyirlər ki, evlən. Bunu deyənlər elə başa düşürlər ki, evlənmək bazardan 10 kiloqram ət alıb, bişirib, yeməkdir. Ailə başqa şeydir. Başqa "sudan", qandan olan bir insanı yanına gətirirsən. Sən o qadına özündən gözəl baxmalı, idarə etməlisan".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.
Sənətçi evlənməməsinin səbəblərindən söz açıb. Niyam bildirib ki, heç zaman atası kimi bir ailə başçısı ola bilməz:
"Mənimlə birgə çalışan musiqiçilər və komandam var. Onların aylıq məvacibinin, vergi, kommunal xərclərin məsuliyyətini daşıya bilirəm, amma arvadı daşıya bilmərəm. Mən açıq danışan insanam. Arvadın yanında əsl kişi lazımdır. Mən atam kimi ailə başçısı ola bilmərəm. O, 8 uşaq böyüdüb. Bu çox məsuliyyətli bir məsələdir. Mən belə ola bilmərəm".