Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zambiya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Zambiya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Tarix: 11 Mart 2024 13:09

Zambiya Respublikasının Prezidenti Hakainde Hiçilema Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zambiya Respublikasının Hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin yenidən dövlət başçısı seçilməyiniz Azərbaycan xalqının müdrik rəhbərliyinizə və ölkəni daha böyük tərəqqiyə doğru aparmaq üçün uzaqgörənliyinizə bəslədiyi inamın və etibarın əyani təsdiqidir. Yeni səlahiyyət müddətinizə başlayarkən mən Zambiya Hökumətinin ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etmək istəyini bir daha təsdiq edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

Milli.Az


Etiketlər:  Zambiya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR