Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səidə ərinin tikdirdiyi villadan DANIŞDI - VİDEO

Səidə ərinin tikdirdiyi villadan DANIŞDI - VİDEO

Tarix: 11 Mart 2024 13:55

"Mən şəhərdə qalıram, hələki qonşularımı tanımıram. Öz məhəlləmdəki qonşularımla münasibətim çox yaxşıdır. Ən çox kişi qonşularımla yaxşı dolanıram, ünsiyyətimiz, "salam-sağol"umuz var. Mənə bir şey lazım olanda və köməyə ehtiyac yarananda qonşularım yardımlarını əsirgəmirlər. Bir sözlə qonşularla problemim yoxdur. Mən hamıyla mehribanam". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Sənətçi həyat yoldaşının tikdirdiyi 4 mərtəbəli villadan söz açıb: 

"Təzə tikilən 4 mərtəbəli villaya hələki köçməmişəm. Orada təmir işləri gedir. O villanın tikilməsinə xərclənən pullar haqda məlumatım yoxdur. Villanı həyat yoldaşım tikir. Mən o işlərə də qarışmıram. Bu qadın yox, kişi işidir. Mənim heç bir qatqım yoxdur. Öz qazancımı isə sənətimə xərcləyirəm". 

Səidə bildirib ki, yeni mahnı alıb, klip çəkdirmək üçün həyat yoldaşından pul alır:

"Mən həyat yoldaşımı maddiyyat baxımından sıxışdırmıram. Amma lazım olanda ondan pul alıram. Yeni mahnı alandan və ya  klip çəkdirəndə mənə maddi köməklik edir. Lazım olub və həyat yoldaşım mənə 4000-5000 manat pul verib". 

Milli.Az


Etiketlər:  Səidə ərinin tikdirdiyi villadan DANIŞDI VİDEO


RƏYLƏR