Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Sabah Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq

Prezident: Sabah Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq

Tarix: 11 Mart 2024 17:06

Sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bunu Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.

Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürünü bildirdiyini deyən dövlətimizin başçısı, həmçinin qeyd edib: "Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir".

Milli.Az


Etiketlər:  Prezident Sabah Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq


RƏYLƏR