Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 06:50
Fransa Prezidenti Emmanuel Makron müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri mənbələrə istinadən yazıb.
Nəşrə danışan mənbələr Makronun hazır təkliflərlə Ukraynaya gəlmək üçün müttəfiqləri ilə danışıqlara vaxt ayırmaq istədiyini bildirib:
"Lazımi qərarların qəbul edilməsi və tərəfdaşlar qarşısında öhdəliklərin formalaşdırılması bir az vaxt tələb edir".