Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 10:50
Rusiyanın Xalq artisti Valeriyanın iki yaşlı nəvəsi xəstəxanaya yerləşdirilib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu barədə ulduzun gəlini Liana Şulgina sosial şəbəkə hesabında məlumat verib.
Ulduzun nəvəsi təcili yardım maşınının fotosunu, daha sonra xəstəxana xərəyində sistem altında yatan körpə Selinin şəklini yayımlayıb.
"Uşaqlar xəstələnəndə bu, ürək ağrısıdır" deyə Liana şərh yazıb.
Hələlik uşağın anası tam olaraq nə baş verdiyi barədə heç bir məlumat verməyib. Xatırladaq ki, Liana və Valeriyanın kiçik oğlu Artemiy 2020-ci ildə ailə qurub, 2021-ci ildə isə cütlüyün bir qızı olub.