Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 12:14
Qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri" vəzifəsində çalışmış, Bakıya gətirilərək həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyanın həyat yoldaşına məxsus İrəvandakı "Kaktus"restoran satılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "Past" nəşri mənbələrinə istinadən yazıb.
Nəşr qeyd edib ki, Vardanyanın həyat yoldaşı Veronika Zonabendə məxsus biznes - "Kaktus" restoranını iş adamı Narek Nalbandyan alıb.
Nalbandyan restoranın yerində supermarket açmağı planlaşdırır.