Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 18:12
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hansı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, KTMT İrəvan tərəfindən qaldırılan suallara cavab verməsə, Ermənistan təşkilatı tərk edəcək: "Biz hazırda sözügedən təşkilat üzrə tərəfdaşlarımızdan KTMT-nin Ermənistanda məsuliyyət zonasının nədən ibarət olması barədə suala cavab vermələrini gözləyirik və tələb edirik".
Xatırladaq ki, Paşinyan fevralın 23-də "France 24"ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib. Onu da qeyd edək ki, Ermənistan rəhbərliyi KTMT və Rusiyanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Ölkə təşkilatın son vaxtlar keçirilən tədbirlərinə qatılmayıb.