Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Maskın polad ''Pikap''ı ''güllələndi'' - VİDEO

İlon Maskın polad ''Pikap''ı ''güllələndi'' - VİDEO

Tarix: 12 Mart 2024 19:52

Bloger Zak Nelson "Tesla Cybertruck" pikapının gücünü yoxlayıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Nelson "Tesla Cybertruck"un polad gövdəsinin güllə keçirməz olması barədə mifi təkzib etməyə çalışıb.

Xüsusilə, "Tesla"nın baş direktoru İlon Musk, avtomobilin tapança atəşi ilə zədələnə bilməyəcəyini bildirib.

Bloger bu tezisi təsdiqləyib. Belə ki, 9 mm tapançadan açılan atəşdən sonra polad qapıda yalnız kiçik bir çuxur yaranıb.

22 kalibrli güllələr də maşının polad gövdəsini dələ bilməyib.

Bu, yalnız Zak Nelson avtomobili 17 kalibrli patronlarla vurduqda mümkün olub. Lakin güllələr deşik açsa da, onlar qapının içərisində qalıb.

Nəhayət, o, 50 kalibrli snayper tüfəngi ilə avtomobilə atəş açıb. Güllə gövdəndən keçərək o biri tərəfdən çıxıb. Nelson həmçinin alov qurğusu ilə "Cybertruck"un üzərini yandırmağa cəhd edib, lakin yanğın avtomobildə heç bir iz buraxmayıb.


Etiketlər:  İlon Maskın polad Pikapı güllələndi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ