Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kral ailəsinin yalanı gizlətmək üçün paylaşdığı şəkil saxta çıxdı - FOTOlar

Kral ailəsinin yalanı gizlətmək üçün paylaşdığı şəkil saxta çıxdı - FOTOlar

Tarix: 13 Mart 2024 07:32

Dünya mediası ikinci gündür ki, Uels şahzadəsi Keyt Middltonun qəribə fotosu ətrafında baş verənləri aktiv şəkildə müzakirə edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Independent" fotoda bir çox problemi, o cümlədən Şahzadə Şarlottanın qolunun əskik hissəsi və ətəyinin kənarının görünüşü, həmçinin Keytin geyimindəki zəncirbəndin yerinə diqqət yönəldib.

"Wall Street Journal" isə bu şəklin dünyanı Uels Şahzadəsinin sağlamlığının yaxşı olduğuna inandırmaq üçün nəzərdə tutulduğunu ancaq əks-effekt verdiyini yazıb.

"Bu foto ilə bir çox sui-qəsd nəzəriyyələri gündəmə gəldi və kral ailəsinin şahzadənin sağlamlığı ilə bağlı nə dərəcədə şəffaf olduğuna dair suallar yarandı", - deyə nəşrdə yazılıb.

Milli.Az


Etiketlər:  Kral ailəsinin yalanı gizlətmək üçün paylaşdığı şəkil saxta çıxdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ