Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 08:40
Ermənistan açıq-aşkar Qərbə doğru sürüklənir. İrəvan KTMT-yə üzvlüyünü dayandırıb və açıq şəkildə yeni hərbi-siyasi müttəfiqlər axtarır. Aydındır ki, qeyri-sabit, təlatümlü region şəraitində İrəvana bu cür müttəfiqlər mütləq lazımdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu rusiyalı tarix elmləri doktoru İqor Kovalyov Londonun Rusiyanın cavab tədbirləri ilə bağlı təhdidləri qarşısında Ermənistanı dəstəkləyəcəyini vəd etməsi xəbərini şərh edərkən deyib.
"Digər tərəfdən, hazırda AB-dən çıxdıqdan sonra beynəlxalq münasibətlərdə yeni rolunu tapmağa çalışan Böyük Britaniya, heç olmasa, haradasa öz mövqelərini gücləndirməkdə maraqlıdır, baxmayaraq ki, Birləşmiş Krallığın xüsusilə bunun üçün gücü və vasitəsi olmadığı tamamilə aydındır. Ona görə də niyə Ermənistandan Britaniya silahlarını tədarük etmək və ondan yaxşı pul qazanmaq üçün istifadə etməsinlər? Yəni burada biznes məsələsi bəzi geosiyasi uyğunlaşma məsələsindən daha çox prioritet ola bilər. Təbii ki, Böyük Britaniya xüsusi hərbi əməliyyatın keçirilməsini çətinləşdirmək və vəziyyəti sarsıtmaq üçün İrəvandan cənub sərhədlərində sabitliyin pozulması faktoru kimi istifadə etmək istəyir. Mərkəzi Asiyada vəziyyətin sabitliyini pozmaq üçün müəyyən tədbirlər görməyə cəhdlər olacaq, yəni bizim indi kollektiv Qərblə apardığımız barışmaz mübarizəni nəzərə alsaq, Rusiya sərhədlərinin maksimum perimetri boyu belə addımlar atılacaq, bunu qətiyyən istisna etmirəm. Təbii ki, İngiltərə Ermənistandan istifadə edəcək, həqiqətənmi kimsə Britaniyanın Ermənistanı Azərbaycandan müdafiə edəcəyini düşünür? Əlbəttə, yox", - o bildirib.