Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 09:38
Pensilvaniya senatoru Con Fetterman rüşvət qalmaqalında çoxsaylı ittihamlara baxmayaraq, Bob Menendesin hələ də Senatda qalmasına icazə verilməsinə görə demokrat həmkarlarını sərt tənqid edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fox News" kanalı xəbər verir.
Bob Menendes və onun həyat yoldaşı Nadin Arslanyan nüfuzlarından Misir və Qətər hökumətlərinin xeyrinə istifadə etmək müqabilində yüzminlərlə dollar, o cümlədən nağd pul, qızıl və "Mercedes-Benz" avtomobilini rüşvət almaqda ittiham olunurlar. Dünən Menendes Manhetten Federal Məhkəməsində rüşvətxorluq və ədalət mühakiməsinə mane olmaq ittihamlarını boynuna almayıb.
Ötən həftə Fetterman CNN-ə müsahibəsində demokratların Menendesi hələ də Senatdan qovmamalarından şikayətlənib.
"Həmkarlarımın onu Senatda saxlamaq istədikləri aydın idi, indi isə, təxminən iki ay sonra, bütün bunları həll edəcək bir məhkəmə olacaq", - deyə o bildirib.
Menendesin bu orqanda işləməsinə icazə verilməsi faktının nə demək olduğu ilə bağlı suala isə Fetterman belə cavab verib:
"Mən bunun nə demək olduğunu bilmirəm, bircə məsələdən başqa: Senatda əclafın olması onları qane edir".
Fetterman əvvəllər də Menendesi "əclaf" adlandırıb:
"Mən bilmirəm, niyə kimsə bu əclafla görüşməyə razı olsun. O getməlidir. Biz onu qovmalı idik. Niyə hələ də bunu etmədiyimizi bilmirəm və ümid edirəm ki, onu sonda qovacağıq".