Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 10:10
Xalq artisti Röya Ayxan növbəti paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi duet ortağı və yaxın dostu Samir Cavadzadə ilə birgə avtomobildə gedərkən burnundan əməliyyat olunduğu açıqlayıb.
Bu haqda isə Röya sosial şəbəkə hesabında yayımladığı videoda deyib.
"Samir, təzə burnum xoşuna gəlir? Mənim özümün də xoşuma gəlir. Düzdür, hələki burnum şişdir, insanlar hələ bunu anlamırlar. Bu mənim artıq dördüncü əməliyyatımdır".
Samir isə Röyanın əməliyyatının uğurlu olduğunu söyləyib.
Qeyd edək ki, R.Ayxan ötən aylarda üz gərmə və rinoplastika əməliyyatı keçirib.