Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyi yaranır? - Həkimdən AÇIQLAMA

Kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyi yaranır? - Həkimdən AÇIQLAMA

Tarix: 13 Mart 2024 23:30

"Davamlı kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyinin yaranması ilə bağlı hazırda hansısa bir tədqiqat yoxdur".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov açıqlayıb.

Onun sözlərinə görə, uzun müddət kompüter, planşetlərdən istifadə edən uşaqlarda göz təzyiqinin yüksək olması və qlaukoma xəstəliyinin yaranması ilə bağlı hansısa təsdiqedici elmi araşdırma mövcud deyil:

"Lakin bir amil var ki, uzun müddət yuxarıda qeyd etdiyimiz texnoloji vasitələrdən istifadə edildikdə miopiya, uzağı zəif görmənin yaranması ehtimalı var. Bu zaman 40 yaşdan sonra miopiya özü qlaukomanın yaranmasında risk faktoru ola bilər".

Milli.Az


Etiketlər:  Kompüter telefona baxan uşaqlarda qlaukoma xəstəliyi yaranır Həkimdən AÇIQLAMA


RƏYLƏR