Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bir sözümlə adamı yandırıram”- FOTO

“Bir sözümlə adamı yandırıram”- FOTO

Tarix: 14 Mart 2024 14:50

Türkiyəli aktrisa Hande Erçel qatıldığı podkastlardan birində özü barədə danışıb.

"Uşaqlıqdan çox acı dilim var. Bir sözümlə insanı yandırıb yaxa, öldürə bilərəm. Sözü ağlımdan necə keçirsə, elə deyirəm. Ay qarşımdakının qəlbi qırılar, bir az ütüləyim, yumşaldım deyim, üzr istəyim, yoxdur məndə. Uşaq olanda adıma "Sivri dilli" deyirdilər", - o bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, aktrisa acı dilinə görə sevgilisi ilə tez-tez küsüşdüyünü, onun xətrinə dəydiyini də etiraf edib.

"Sevdiyim insanlar əslində kinli, qərəzli olmadığımı bilirlər. Buna görə bu cəhətimi bağışlayırlar. Amma anlayıram ki, bir gün bağışlamaya bilərlər. Özümü tərbiyə edəcəm, bu yəqin zamanla alınacaq", - aktrisa əlavə edib.

Milli.Az


Etiketlər:  Bir sözümlə adamı yandırıram FOTO


RƏYLƏR