Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurların “Qarabağ”dan gözləntisi - SORĞU

Məşhurların “Qarabağ”dan gözləntisi - SORĞU

Tarix: 14 Mart 2024 17:04

Bu gün Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" - "Qarabağ" matçı keçiriləcək.

Sonxeber.net xəbər verir ki, Azərbaycanın tanınmış simaları "BayArenada" təşkil olunacaq qarşılaşma ilə bağlı  İdman.Bizin sorğusunu cavablandırıblar.

Respondentlərin əksəriyyəti almanların mərhələ adlayacaqlarını proqnozlaşdırıblar.

Sorğuda heç-heçəyə inananlar da az deyil. Onların fikrincə, oyun əlavə vaxta və ya penaltilərədək uzana bilər.

Respondentlər arasında "Qarabağ"ın qalib gələcəyinə inananlar da var.

"Bayer" - "Qarabağ"
İlham Zəkiyev (paracüdoçu) - 0:0
Vadim Vasilyev (veteran futbolçu) - 1:0
Firdovsi Umudov (AAF-ın vitse-prezidenti) - 2:1
Həsrət Cəfərov (güləşçi) - 3:1
Balabəy Ağayev (cüdoçu) - 2:2
Rəşad Məcid (Mətbuat Şurasının sədri) - 2:2
Turan Bayramov (cüdoçu) - 1:2
Əliabbas Rzazadə (güləşçi) - 1:1
Əli Mirəliyev (müğənni) - 2:1
Eldəniz Əzizli (güləşçi) - 2:0
Nazim Babayev (atlet) - 1:2

Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.


Etiketlər:  Məşhurların Qarabağdan gözləntisi SORĞU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ