Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oksanadan Ziyaya: "Sən başqa və özəlsən" - FOTO

Oksanadan Ziyaya:

Tarix: 16 Mart 2024 15:10

Aktrisa Oksana Rəsulova həmkarı Ziya Ağa ilə bağlı diqqət çəkən paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi sosial şəbəkə hesabında sənət dostunun doğum günü olduğunu yazaraq, onu təbrik edib.

"Dəyərlisən Ziya... Nə yaxşı ki, səni tanıdım - həm dost, həm sənət yoldaşı, həm də xətri əziz olan insan kimi... Uğurlarımız, gələcək planlarımız, işlərimiz xeyirli və çin olsun. Sən başqasan, peşəkar, sənətkar və ən əsası özəlsən. Allah səni və ailəni qorusun. Yarat Ziya həm həyatda həm səhnədə, həm də ekranda...", - deyə Oksana vurğulayıb.

Qeyd edək ki, Oksana və Ziya "Geri dönənlər" bədii filmində tərəf müqabili olublar.

Milli.Az


Etiketlər:  Oksanadan Ziyaya Sən başqa özəlsən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ