Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşətli partlayış: Siqaret kötüyü iki nəfərin ölümünə səbəb oldu - ANBAAN VİDEO

Dəhşətli partlayış: Siqaret kötüyü iki nəfərin ölümünə səbəb oldu -  ANBAAN VİDEO

Tarix: 16 Mart 2024 18:22

Dağıstanın Xasavyurt rayonunda asetilen qaz-hava qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İlkin istintaq məlumatına görə, Mənzil Kommunal Təsərrüfat İdarəsinin iki işçisi texniki işlər görülməsi üçün Xasavyurtun Yubileynı qəsəbəsində yerləşən yaşayış binasına gəliblər. Onlardan biri siqaret kötüyünü kanalizasiyaya atıb. Bu zaman güclü partlayış baş verib. Nəticədə hər iki işçi həyatını itirib.  

"Təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində kanalizasiya borusunda yerləşən asetilen qaz-hava qarışığının partlaması baş verib, nəticədə hər iki işçi ölüb", - deyə məlumatda bildirilib.

Hadisə yerində müstəntiqlər və təcili yardım xidmətləri çalışır.

Milli.Az


Etiketlər:  Dəhşətli partlayış Siqaret kötüyü iki nəfərin ölümünə səbəb oldu ANBAAN VİDEO


RƏYLƏR