Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponlar “Oppenheymer”in “Oskar” almasından danışdılar

Yaponlar “Oppenheymer”in “Oskar” almasından danışdılar

Tarix: 17 Mart 2024 19:02

Yaponiya vətəndaşları 78 il əvvəl şəhərlərini yerlə-yeksan edən atom bombasının hazırlanmasından bəhs edən "Oppenheymer"in ən yaxşı film kimi "Oskar" mükafatına layiq görülməsini narazılıqla qarşılayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onlar bu barədə ölkədə keçirilən sorğuda münasibət bildiriblər.

Atom bombasının hazırlanmasından bəhs edən filmin yeddi mükafata layiq görülməsinin insanların məlumatsızlığı ilə bağlı olduğunu əsas gətirən yaponlar filmə baxmayacaqlarını və yapon gənclərinin də izləməməsi lazım olduğunu bildiriblər.

1942-ci il təvəllüdlü Kobayaşi isə çətinlik və yoxsulluq illərini yaşadığını və nüvə silahı ilə bağlı hər şeyi lazımsız gördüyünü bildirib, həmçinin filmi izləyəcəyi təqdirdə özünü pis hiss edəcəyinə inandığını vurğulayıb.

Adını açıqlamaq istəməyən başqa biri isə münaqişələrə və müharibələrə nifrət etdiyini ifadə edərək, bu mövzunun gündəmdə belə olmamalı olduğunu deyib.

Milli.Az


Etiketlər:  Yaponlar Oppenheymerin Oskar almasından danışdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ