Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavanşir Məmmədov: "Arvad dəyişən kişilərdən deyiləm"

Cavanşir Məmmədov:

Tarix: 17 Mart 2024 22:50

"1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Həmin Zaur" verilişində deyib.

Sənətkar səhnə fəaliyyəti dövründə qazandığı pullardan söz açıb. Məmmədov bildirib ki, bu pullara evlər və avtomobillər alıb:

"Qazandığım pulları özgə birilərinə yedirtməmişəm. O pullara uşaqlarıma təhsil vermişəm, "Torqovı" adlanan ərazidə iki ev almışam. Həmin o evlər indi də var. 

Uşaqlarıma ayrı-ayrı mənzillər almışam. Mən avtomobil həvəskarıyam. Özümə avtomobillər almışam. İçki içən deyiləm. Mən arvad dəyişən kişilərdən deyiləm. Arvaddan başqa hər şeyi dəyişmişəm".

Milli.Az


Etiketlər:  Cavanşir Məmmədov Arvad dəyişən kişilərdən deyiləm


RƏYLƏR