Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zamiq uşaqlıq arzusunu gerçəkləşdirdi - VİDEO

Zamiq uşaqlıq arzusunu gerçəkləşdirdi - VİDEO

Tarix: 18 Mart 2024 11:30

Müğənni Zamiq Hüseynovun doğulduğu Füzuli şəhərində solo konsert verib.

Millik.Az axşam.az-a istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilati dəstəyi ilə açıq havada gerçəkləşən konsertdə ifaçı sevilən mahnılarını oxuyub. Musiqili gündə Füzuli şəhər sakinləri yer alıblar.

Zamiq özəl gününü "Qarabağ" mahnısı ilə yekunlaşdırıb. Təəssüratlarını bölüşən Z.Hüseynov bunları deyib:

"Öncə, əziyyəti keçən hər kəsə sonsuz məmnunluq hissi duyuram. Uzun illərdir sadəcə xəyal kimi arzumun gerçək olması məni olduqca xoşbəxt edib. Hisslərimi kəlimələrə sığdıra bilmirəm. Füzuli elində olub, doğma şəhər sakinləri ilə xoş vaxt keçirtmək mənim üçün olduqca qiymətli idi. Onlarla keçən xoş saatlar əbədi könlümə həkk olundu. Məhz Novruz bayramı ərəfəsində keçən belə gözəl konsertimdən səmimi duyğularımla ayrıldım. Arzu edirəm ki, belə təşkilati işlər çox olsun. Sevə-sevə iştirak etməyə və onlar üçün nəğmələr ifa etməyə hər daim hazıram".

Milli.Az


Etiketlər:  Zamiq uşaqlıq arzusunu gerçəkləşdirdi VİDEO


RƏYLƏR