Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı faktları açıqladı

Prezident Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı faktları açıqladı

Tarix: 18 Mart 2024 16:03

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayıb ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Prezident qeyd edib ki, Xankəndidəki Vilayət Partiya Komitəsinin binasının müəllifi Həsən Məcidov, Vilayət İcraiyyə Komitəsinin binasının müəllifi, Nəsrullah Kəngərli, mehmanxana binasının müəllifi isə Ənvər Qasımzadə olub.


Etiketlər:  Prezident Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı faktları açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ