Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 16:24
Tacikistanda Ümrə ziyarətindən gələn şəxs saxlanılıb. Buna səbəb X.Murodillozoda adlı şəxsin ziyarətdən qayıtdıqdan sonra 100 nəfərlik şənlik təşkil etməsi olub.
Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.
"Murodillozoda ölkənin adət-ənənələrini, bayram və mərasimlərin tənzimlənməsi haqqında qanununu pozub. Bu tədbir zamanı o, müxtəlif yeməklər hazırlamaqla israfçılığa yol verib", - deyə məlumatda bildirilir.
Murodillozoda barəsində 481-ci maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. İş baxılması üçün Pencikent Şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, martın 9-da Tacikistan Prezidenti müqəddəs Ramazan ayı ərəfəsində ictimaiyyət nümayəndələri, elm və din xadimləri ilə görüşərək vətəndaşları Həcc ziyarətindən qayıtdıqdan sonra təşkil edilən bayram şənliyində israfçılığa yol verməməyə çağırıb: "Yaxşı olardı ki, xeyriyyə işləri görün, imkansızlara, kimsəsizlərə yardım göstərin, onların qayğısına qalın".