Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 20:40
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVII turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
"Qəbələ" ilə oyunun 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu Numan Kurdiç 1 matçlıq cəzalanıb. Klub 800 manat cərimələnib.
"Turan Tovuz" - "Qarabağ" matçı bitdikdən sonra tunel, texniki zona və miks zonaya "A buraxılışı" vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri 500 manat cərimə edilib. Qarşılaşmanın 6-cı dəqiqəsində "Qarabağ"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimələnib.
"Sumqayıt" - "Sabah" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat ödəməli olacaq.