Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya Ayxanın duet təklifinə cavab verdi

Röya Ayxanın duet təklifinə cavab verdi

Tarix: 19 Mart 2024 10:50

Builki Avroviziya təmsilçimiz İlkin Dövlətov Xalq artisti Röya Ayxanın duet təklifinə cavab verib.

Xalq artisti Röyadan "Avroviziya" təmsilçimizə duet təklifi - FOTO

Milli.Az olay-a istinadən bildirir ki, ifaçı təklifin çox sevindirici olduğunu deyib. O, bu haqda "Xəbər ətər" verilişinin efirinə etdiyi canlı bağlantı zamanı danışıb 

"Röya xanım statusunda paylaşmışdı. Dostlar mənə də göndərdilər. Mən də, təbii ki, sevindim. Çünki Röya xanım da səhnəmizin gözəl ifaçılarındandır, Xalq artistimizdir. Bu təklif, doğurdan da, sevindirdi məni. Qismət olarsa, təbii ki, onu da həyata keçirərik böyük məmnuniyyətlə", - deyə, İlkin söyləyib.

Qeyd edək ki, Xalq artisti Röya Ayxan sözügedən təklifi instaqramın hekayə bölməsində edib. O, Fahree və İlkinin duetini paylaşaraq "Muğam oxuyan cavan oğlan, səninlə duet oxuyacağam. Xəbərin olsun", - deyə bildirib.

Milli.Az


Etiketlər:  Röya Ayxanın duet təklifinə cavab verdi


RƏYLƏR