Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hakan Fidandan "Kurtlar Vadisi" açıqlaması - "Qismətimizdir"

Hakan Fidandan

Tarix: 19 Mart 2024 11:04

Türkiyə xarici işlər naziri Hakan Fidan sosial şəbəkələrdə haqqında danışılan "Kurtlar Vadisi" paylaşımları ilə bağlı açıqlama verib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, nazir bu haqda Bursada gənclərlə görüşü zamanı danışıb.

O, bu cür zarafatlara öyrəşdiyini deyib:

"Zaman-zaman mənimlə bağlı hazırlanan paylaşımlar olur. Xüsusilə, "Kurtlar Vadisi" ilə bağlı belə paylaşımlar çoxdur. 14 yaşından dövlətin önəmli xidmətlərində olanda hər şeylə əlaqələndirilirsən. Mən də artıq öyrəşmişəm. Bu, bizim qismətimizdir".

Qeyd edək ki, Fidanın, xüsusilə, xarici işlər naziri olduqdan sonra sosial şəbəkələrdə serialdakı obrazlara bənzədilməsi ilə bağlı hazırlanan videolar durmadan artır.

Milli.Az


Etiketlər:  Hakan Fidandan Kurtlar Vadisi açıqlaması Qismətimizdir


RƏYLƏR