Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 12:26
Ermənistan Baş naziri Nikol Paşinyan Şirak vilayətinə səfər etmək niyyətindədir və qubernator Muşeq Muradyanı istefaya göndərməyi planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Joxovurd" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Paşinyan bu vəzifəyə Vaaqan Mkrtçyanı - arvadının yaxın qohumunu təyin etmək niyyətindədir.
Qeyd edək ki, Muşeq Muradyan bu vəzifəyə 2023-cü ilin yanvarında təyin edilmişdi. Erməni mətbuatı yazır ki, Muradyan dəfələrlə Ermənistan hökumətini sərt tənqid edib.