Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kremldən Stoltenberqin Cənubi Qafqaza səfərinə reaksiya

Kremldən Stoltenberqin Cənubi Qafqaza səfərinə reaksiya

Tarix: 19 Mart 2024 15:04

Kreml NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, "NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi niyyəti onlara yaxşı məlumdur və necə deyərlər, bu, adi gözlə belə görünür".

Onun sözlərinə görə, "belə bir düşüncə var ki, NATO-nun hansısa yolla öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri çətin ki, Qafqaza sabitlik gətirə bilsin".

Rusiya liderinin mətbuat katibi onu da qeyd edib ki, belə təmaslar Cənubi Qafqaz dövlətlərinin "suveren hüququ"dur.

O, prosesi diqqətlə müşahidə etdiklərini də vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq martın 17-də Azərbaycana, martın 18-də Gürcüstana, bu gün isə Ermənistana səfər edib.

Milli.Az


Etiketlər:  Kremldən Stoltenberqin Cənubi Qafqaza səfərinə reaksiya


RƏYLƏR